Cartivana müxtəlif satıcıları və alıcıları bir araya gətirən marketplace platformasıdır. Platformada minlərlə məhsulu fərqli mağazalardan təhlükəsiz şəkildə sifariş edə bilərsiniz.
    Sifarişiniz təsdiqləndikdən sonra şəxsi kabinetinizdə yerləşən "Sifarişlərim" bölməsindən sifarişinizin hazırkı vəziyyətini izləyə bilərsiniz.
    Bəli. Hüquqi şəxs və ya fərdi sahibkar olaraq Cartivana-da mağaza yarada və məhsullarınızı minlərlə alıcıya təqdim edə bilərsiniz.
    Endirim kuponları Cartivana və ya mağazalar tərəfindən təqdim olunur. Kuponlar ödəniş zamanı daxil edilərək istifadə edilir. Hər kuponun istifadə sayı, etibarlılıq müddəti və tətbiq şərtləri kuponu təqdim edən satıcı və ya Cartivana tərəfindən müəyyən edilir.
    Bəli. Bütün ödənişlər təhlükəsiz ödəniş infrastrukturu vasitəsilə həyata keçirilir. Kart məlumatlarınız təhlükəsiz ödəniş tərəfdaşlarımız vasitəsilə emal olunur. Cartivana kart məlumatlarınızı saxlamır
    Bəli. Məhsulun geri qaytarılması satıcının geri qaytarma siyasətinə uyğun həyata keçirilir. Məhsul qüsurlu, zədələnmiş və ya sifariş ediləndən fərqli olduqda Cartivana problemin həllində alıcıya dəstək göstərir.
    Endirim kuponları Cartivana və ya mağazalar tərəfindən təqdim olunur. Kupon kodunu ödəniş zamanı daxil edərək endirimdən yararlana bilərsiniz. İstifadə sayı, etibarlılıq müddəti və tətbiq şərtləri kuponu təqdim edən tərəf tərəfindən müəyyən edilir.
    Bakı və Abşeron ərazisində: adətən 1 iş günü. Digər şəhər və rayonlarda: təxminən 3–5 iş günü. Bayram və rəsmi istirahət günlərində çatdırılma müddəti dəyişə bilər.
    Xeyr. Çatdırılma haqqı mağaza tərəfindən seçilən kuryer xidməti və ya mağazanın öz çatdırılma siyasəti əsasında müəyyən edilir. Cartivana satıcılara münasib çatdırılma həlləri təqdim etməyə və alıcılar üçün daha sərfəli seçimlər yaratmağa çalışır.
    Cartivana marketplace platforması olduğu üçün eyni məhsul müxtəlif satıcılar tərəfindən satışa çıxarıla bilər. Hər satıcı qiymətini, kampaniyalarını, stok vəziyyətini və xidmət şərtlərini müstəqil müəyyən etdiyi üçün eyni məhsul fərqli qiymətlərlə təklif oluna bilər.
    Komissiya məhsul kateqoriyasından asılı olaraq dəyişir və adətən 7%–12% arasında olur.
    Belə hallarda Cartivana müraciəti araşdırır. Problem təsdiqləndiyi halda alıcının ödənişi geri qaytarılır. Qayda pozuntusunun ağırlığından asılı olaraq satıcıya xəbərdarlıq, cərimə və ya platformadan uzaqlaşdırılma tədbirləri tətbiq oluna bilər.
    Xeyr. Cartivana saxta və ya istifadəçini aldadan məhsulların satışına qəti şəkildə icazə vermir. Belə hallar aşkar edildikdə satıcı cərimələnə və ya mağazası platformadan daimi olaraq silinə bilər.
    Xeyr. Məhsullar satıcıların öz anbarlarında saxlanılır. Cartivana məhsulların saxlanılması və göndərilməsini həyata keçirmir, lakin platformada təhlükəsiz alış-verişin təmin olunmasına nəzarət edir.
    Xeyr. Cartivana yalnız onlayn marketplace platformasıdır və fiziki mağazası yoxdur.
    Hazırda sifariş təsdiqləndikdən sonra çatdırılma ünvanını dəyişmək mümkün deyil. Gələcək yeniləmələrdə müştərilərimizin rahatlığı üçün bu funksiyanı təqdim etməyi planlaşdırırıq.